<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Sunday, June 19, 2005

İstiyirsən dinc olasan, dinc otur!

A kişi hansı millət həftədə bu qədər mitinq edir? Sonra da diyirlər ki, inqililab zad qələt eləyir. Əvvəlcə YAP ayin 15-i Dürtülüş günü münasibəti ilə mitinq elədi. Daliyca YAP 2, yəni Muasir Musavat partiyası bütün Azərbaycana biyabr oldu. Dünən də "Azadlıq" bloku deyilənə görə son həftələrin ən möhtəşəm mitinqini keçirtdi. YAP manısların, mütrüflərin, hədə-zorbanın, qorxunun; Müasir amma geridə qalmış Musavat qohum-əqrabasının (utanmaz-utanmaz möhtəşəm də diyirlər) gücünə yığmışdısa əhalini, dünənki mitinqə isə bir-başa olaraq heydərzm rejimi milləti illərlə işlədikləri zülm, əzab, işgəncə, aclıq, qarabağsızlıqla vadar etmişdi küçələrə axışmağa. Buyurun dünənki mitinqdən fotoreportaj: Biri bu, biri də bu.



Saturday, June 18, 2005

Ziyarəti-virtual

İnternetin tin-bucağından qulağımıza gələn səslər: Bu qaqaşlar kimdü görəsən: "Azərbaycanın keçmişi, bu günü, gələcəyi". Banner və button məkanı: Rəfailin saytı. Mahir day-dayın Bakı macərası: I kiss you. Burhan Qozan kimdü belə: İt oğlu it. Uy da bu kimdü alə: Səzayi ... dalını siz oxuyun. İmicə simic sənətçilər: Bizimkilər. Virtual antiterror savaşı: Azərbaycandakı xakerlər hücumda. Bu qaqaşa halaldı özüm ölüm, mənə ləzzət elədi, kalan gülmüşəm, məsləhətdir: GTA Vice Azeri Version.



Thursday, June 16, 2005

Quyuya su tökməklə quyu dolmaz.

Həə... Qədeş iqtidar müxalifətin yerişini yerimək istəyir, amma hədə-zorba ilə. Məsələn dünənki mitinqə məcburən gətirilən həkim, müəllim, tələbələr kimi. Utanmaz-utanmaz da diyirlər ki, istəsəydik minlərlə adam doldurardıq, amma müxalifətə yazığımız gəldi, bu dəfə keçdik olarçun. Sən canı şüarları oxuyun adamın 13 ildə olan-qalan əti tökülür. Bir türk arkadaşın dediyi kimi, Heydər Eliyev Azərbaycana demokratiyanın yolunu kəsməyə gəldi, sağ olsun Ebülfəz. Sobaka jurnalının yazdığına görə bizim məmləkət Əliyevistan adlanır, pay atonnan koppolun ingilisinə bax ey. Amma heş mitinqin zadın xeyri yoxdur, İnqilab day-day qapıya dirənib deyəsən. Mənnən isə mitinqə gedən məmurlara bəd xəbər: "Ayə villalaruvızı su basıcey, siz mitinqləri gəzirsüz". Və ən sonda dünənki mitinq şəkillərdə.



Wednesday, June 15, 2005

Türk dünyasının böyük kürd oğlu.

Ala qədeş sən heş Türk dünyasının böyük oğlu İhsan Doğramacının kürd olduğunu bilirdin? Bilmirsənsə oxu da bəs. Özüdə Azərbaycanın ən ali ordeni sayılan Heydər Əliyev ordenini birinci özünə, ikinci də ona verdilər. Bəs bu hakimiyyətin erməni-kürd qarışığı olduğunu deyəndə inanmırdın. Türkmən qərdeş açıq-aşkar gör nə deyir: "Kürdlər Azərbaycan torpaqlarında kürd dövləti qurmaq şansı qazanmaqdadırlar". Kürd xəbər agentliyində gedən bir yazıdan: "Kürt aydını Esgerov yaşamını yitirdi". Bu kürdlər utanmaz-utanmaz əvvəllər Azərbaycanın torpağı olan, Çaldıran, Urmiyə, Xoy şəhərlərini də öz xəritələrinə qatıblar. Ülkücülər də diyir ki, "Odlar Yurdunda PKK kabusu". PKK Azərbaycanda rahat fəaliyyət göstərirmiş. Abdulla Öcalan demədi ki, Bizim Azərbaycandakı təmsilciliyimiz güclüdur? (sayta girdin rahat olmaq üçün göy hərflə yazılan yeri oxu) O de yazıblar ki, Bakıda PKK-çılara məxsus avtomobillər şütüyür. Nə isə qədeş, belə şeylərə inanma, yeni azərbaycanlılar demişkən: hamısı gopalogiyadır...



Tuesday, June 14, 2005

Mübarəydü ayımız.


Bu tortu bir tindaşımızın anası Tinəxanım xala bişirib, şəklin çəkib


göndərib bizə. Çox sağ olsun, əlləri dərd görməsin.



Bu gün Tinimizin 1 aylığı şüt-tamam olur. Düz 1 ay öncə fəaliyyətə başlamış tinimiz artıq yetərincə aləmə vəlvələ salıb. Saytımızın yerləşdiyi Blog'un (350 min üzvü var) təsis etdiyi reytinq cədvəlinə görə 100 blogcu sayt arasında 23-cü (cədvəl hər saat yenilənir) yeri zəbt etmişik. Hesaba alın ki, ayın ortasından mız qoymağa girişmişik. İnşallah bu ay siz ziyarətçi və istifadəçilərimizin sayəsində ön sıralarda tinimizi qurarıq. Bu ötən gündə həm tənqidi və həm də tərifi mesajlar almışıq. Onu demək istəyirik ki, bizlər bu saytı açmaqla vətənimizdə olan çirkinlikləri məzəli şəkildə tənqid etməklə millətə həqiqətləri əks etdirmək qənaətindəyik və ümüdvarıq nəaliyyət mərtəbəsini döşüyənlərdən olacağıq. Belə ki, fikir versəniz heç bir müxalifət yönlü media, sayt və qəzetdən sitat gətirməyə çalışmırıq, əksinə hadisə və xəbərləri iqtidar yanlı pəncərədən əks etdirməyə cəhd edirik. Və bir də ən əsası Tinimizdə şəkillər söhbət edir, onlar yalan danışmazlar. Bu bir ayda 37 mövzü işlənib. Hər gün bir mövzu əlavə olunub. Yeganə Azərbaycan saytları arasında saytıq ki, hər gün yenilənmişik, hətta bir gündə 2 mövzu əlavə edilməklə. Ümüdvarıq sizlərin məqalələri, maraqlı fikir, tənqid və münasibətləri sayəsində elə bu cür də davam edər. Bir daha mübarək olsun və dəstəyinizi əsirgəməyin. Hər şey üçün təşəkkürlər. Allah sizləri qorusun və Azərbaycanımız elə abadlaşsın ki, bizim kimi saytlara heç ehtiyac olmasın! Amin....




TinFunların, yəni tinimizin fanatlarının tinlər məskəni, "Dağlı Məhəlləsindən"


çəkib göndərdikləri şəkil. Saolun tindaşlar, Allah kömeyvüz olsun!

Sunday, June 12, 2005

Sözə qüvvət. (bir az ciddi)

Şəhid oğullarımızın ömür-gün yoldaşlarının olmayan gün-güzəranı üstə
kiçik bir elegiya.

Çöhrəndəki yazıları oxumaq nə qədər çətinmiş heroqliflər təki...
Alnının qırışlarının düyünlərini açmaq nə qədər çətinmiş ...
Gözlərinə qəm bələnib. Baxışların dünyanın səkkizinci möcüzəsi, ömrün
şərikli, sevincin şərikli, qəminə, kədərinə kimsə şərik çıxmaz. Sənin
üçün bəxt bulud dalından boylanan qış günəşidir. Yetimin xətrinə itkin


düşmüş eşqini, məhəbbətini öləninlə qəbrinə qoyan, Banu hey...
İncitməyin ruhları, incitməyin dərddən, qubardan çat-çat olan qəlbləri.
Qoy yaşasın küskün Banular. Küçədən keçənlər, ey kişilər, ey cavanlar,
yığın baxışlarınızı, laqqırtınızı, şaqqanaq gülüşlərinizi, hədyan
danışığınızı, kəskin söhbətlərinizi, qoy Banu çiçəklərimiz keçib getsin.
Qızıl oğlan, maşını asta sür, qızıl dişlərini saraltma, saralmış içini
göstərmə, nəçisən, nəsən, o Banu ərlərinin ruhu xatirinə adam oğlu ol.
Gecələr ruhlar evə gəlir, banusu ilə sorğu-sual aparır, xoş gələr soruşsun:
Əzizim bəxt yarım,
Bəxtimin taxtı yarım.
Üzündə göz izi var ,
Sənə kim baxdı yarım?
Ehey ey insanlar, bu yoldan belə tox, belə dik keçməyə yalnız onların
haqqı çatır. Bu yol ömrümüzdən taleyimizdən keçir.
Bu yolun yolçusunun xətrinə dəyməyin ha ...
O Banu çiçəkdir, o Banu mələkdir, o ...



TinCi qardaşımızın tin üsyanından.

Saturday, June 11, 2005

Quqle kişibala

Qədeş bir dənə Quqle saytı var bütün dünyanı lərzəyə gətirib də. Dünyada türkün məsəli, ən çox girilən saytdır. Zir-zibili də o qədər. Bax məsələn, bir ad yazırsan o ada görə şəkilləri tapib montajlıyır. Danışan Quqle fason bir şey, istədiyin sözü yazırsan, tapir və onun barədə məlumat verir. Liliput Quqle. Quqle virtual sayt müharibəsi, istədiyin sözü yazırsan və o sözə aid nə qədər axtarış varsa, kiminki çoxdursa onu göstərir. Kim qalib gəlsə bir təpiy ilişdirir məğlub olana, məsələn Azərbaycan-Ermənistan. Quqle logoları. Yəho və Quqlenin calağ variantı. Tərsməyallağ Quqle. Və sonda Quqle sayəsində planetdən çəkilmiş Azərbaycan.