<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Saturday, May 28, 2005

Misli yoxdur təkliyin.


 


Sən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,


Haqq ilə yüksəldiyinçün, enmədi yüksəkliyin.


 


Ad qoyub tarixdə qurdun haqq cumhuriyyətin,


İncimə, bir gün dizin vursaq yerə gərçəkliyin.


 


Cavidin qəbrin köçürdənlər vətən torpağına,


Kaş səni bir gün köçürdüb, bildirə istəkliyin.


 


Hey yedik, harınladıq bir heykələ pul tapmadıq,


Heykəlin qəlb içrə qaldı torpaq üstə əkliyin.


 


Qəlb bulandırmaq üçün böhtan atıb bəzən sənə,


Göstərib bir çoxları aşkara öz milçəkliyin.


 


Ey, şahı mədhiyyələrlə mədh edib bütləşdirən,


Agah ol ki, şaha çoxdan bəllidir təlxəkliyin.


 


Biz vəkil seçdik ki, bar-bar hayqırıb haqq istəsin,


Amma bu, əla bilirmiş elmini əsnəkliyin.


 


Müstəqillik qayçısıynan qırxıb-ütdük milləti,


Çünki biz Lenindən aldıq dərsini dəlləkliyin.


 


Tərki-dünyalıq edib, Pünhan, qatıl tənhalığa,


Bil ki, haqqı tapmaq üçün misli yoxdur təkliyin!


 


 


0 Şərh var:

:
:
:

<< Ana səhifə