<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Monday, May 23, 2005

Əsl azərbaycanlı xüsusiyyətləri


 


⊕  Qəzetlərdəki şəkillərə mütləq saqqal, bığ və eynək çəkir;
⊕  Mobil telefon zəngi çalınanda "Kimdir e bu?" deyib hirsli üz ifadəsiylə "Alooo" demək. Mobil telefonla danışanda ilk olaraq "Hardasan?" soruşmaq. Mobil telefonla danışanda mütləq divara yaxınlaşmaq və ya kənara yavaş-yavaş getmək, əyilərək danışmaq və təbii ki qışqırmaq hər azərbaycanlının borcudur;
⊕  Plajda ayaqlarını qumun içinə basdırmaq və təzə gələnlərin soyunmaqlarına maraqla baxmaq;
⊕  Maşını yolun ortasında saxlayıb dükana getmək;
⊕  Küçədə məşhur bir adamı görəndə yanından hələ bil heç tanımadığı kimi keçir, sonra isə arxasına dönüb yanındakı insana "Bax, bax... Tanıdun?" deyir;
⊕  Azərbaycanlı taksi sürücüləri özlərindən başka sürücü tanımırlar, marşrutka sürücülərini isə vaFşe adam saymırlar;
⊕  Toyda müğənni ilə şəkil çəkdirib, sonra bu şəkili qohum-əğrəbəyə göstərib guya onunla çoxtan tanış olduğunu söyləyir;
⊕  Sfetaforun qırmızı işığında duranda burnunu qurdalamaq. Burnundan nesə çıxardıb ona diqqətli baxmaq. Yaşıl işıq yanan kimi siqnala basmaq;
⊕  Qar yağanda evə çoxlu çörək almaq;
⊕  İşıq sönəndə əvvəl Barmekin anasını, sonra hökümətin babasını yada salmaq;
⊕  Kostüm və qalstuk giyəndə özünü hələ bil ömür boyu kostüm giymiş aristokrat balası kimi aparmaq. Kostümlu insanın ağ corab giyməsinə və əli cibində olması gərəkdiyinə səmimi qəlbdən inanırlar;
⊕  Evli olanlar subaylara "Hələ düz eləyirsən evlənmirsən" deyir. Yaşlılar cavanlara "Vaxtında evlənmək lazımdır" deyir, amma bu vaxt haçandır özləri də bilmir;
⊕  Eyni filmə baxan insanlar sonra bu filmi bir birilərinə danışırlar;
⊕  Maşınla gedəndə tanış adam görən kimi maşını zarafatçun üstünə sürmək və signal vermək milli qanundur;
⊕  Tək olanda Torqovidan ciddi üz ifadəsiylə tez-tez keçərək, guya ki burda gezmir, nesə işi var görüntüsünü yaradmaq istəyir;
⊕  Talkuçkadan aldığı bütün malları guya firmenni dükkandan aldığını bütün tanış-bilişə deyir;
⊕  Mobil telefon satış dükkanlarında saatlarca vitrinin qabağında durmaq;
⊕  Yolun ortasında rezka durub mobil telefonun ekranına qoyun kimi baxmaq. Darıxanda telefonun bütün zənglərini dalbadal çalmaq;
⊕  Marşrutkada telefon zəngi çalanda sakit səslə "5 dəyqə sonra ordayam" və ya "Gəlirəm, gəlirəm" demək;
⊕  İş axtaran insana mütləq "Dil bilirsən?" soruşmaq;
⊕  Küçədə uşaqlar maşını yuyanda yanlarında əli cibində durub çox intellektual üz ifadəsiylə pakrışkaların qaraldılmasına nəzarət etmək;
⊕  Təzə salınmış asfaltda mütləq ayaq izi qoyulmalıdır;
⊕  Torqovını baştan başa bir neçə dəfə keçmək;


 


Bu məlumatlar bir vaxtlar netimizin ən məşhur məzi saytı PurGen'dən alınmışdır.

0 Şərh var:

:
:
:

<< Ana səhifə