<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Sunday, May 22, 2005

Tinimizin Meyxanası.

Hamiya ləzzət eyləyir Tin Söhbəti,

Məzəli söhbət eyləyir Tin Söhbəti.



Tin söhbəti söhbətlərin şahidi,

Siyasi-Satiranın izahidi,

Net aləmində yenidir, dahidi,

Şərrə nifrət eyləyir Tin söhbəti!



Sayta girib oxu şer, qəzəldən,

Satiradır pislikləri düzəldən,

Sabir olub, Pünhan olub əzəldən,

Olara rəhmət eyləyir Tin söhbəti!



Yad eləyək Mirzə Cəlil məktəbin,

Əkinçi, Molla Nəsrəddin ədəbin,

Təbəssümlə edək haqqın tələbin,

Tənqid, minnət eyləyir Tin Söhbəti.



Söhbətə cəlb eyləyək söhbətçini,

Alqışlayaq hər an həqiqətçini,

Sayta gələn hər bir ziyarətçini,

Haqqa dəvət eyləyir Tin Söhbəti


0 Şərh var:

:
:
:

<< Ana səhifə