<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Friday, June 10, 2005

Cəhənnəmə



Artıq pərvanələr də gəlməyir şəmə, cəhənnəmə,


Adət etmişəm hər dəfə düşüm qəmə, cəhənnəmə.



Qarabağı unutmuşam, boğazımı qurutmuşam,


Fatihəsin oxutmuşam yay aləmə cəhənnəmə.




Bıçaq boğaza söykənib, qaz, su, işığçun dilənib,


Əlacsızlığdan öyrənib gözüm nəmə cəhənnəmə.



Xalqı kimsə oyatmayır, zillətin daşın atmayır,


Dediklərim də çatmayır, bizim cəmə cəhənnəmə.



Baxma çirkinlik təmizə, gir YAP-a yazıb ərizə,


Nahaqq ilə mübarizə gəl eləmə cəhənnəmə.



Saf insanın yox hörməti, çəkməlidir əziyyəti,


Vətəni sevsə qiyməti, düşər kəmə cəhənnəmə.



Millətim çəkir ahu-zar, bu cür söyləyir iqtidar:


"Bu millət giriftar olsa matəmə cəhənnəmə".



Xalqımın əziyyətlərin, Müntəzir vəziyyətlərin,


Həyatın həqiqətlerin, al qələmə cəhənnəmə.



29 Oktyabr 2004, Berlin.

0 Şərh var:

:
:
:

<< Ana səhifə