<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Tuesday, June 14, 2005

Mübarəydü ayımız.


Bu tortu bir tindaşımızın anası Tinəxanım xala bişirib, şəklin çəkib


göndərib bizə. Çox sağ olsun, əlləri dərd görməsin.



Bu gün Tinimizin 1 aylığı şüt-tamam olur. Düz 1 ay öncə fəaliyyətə başlamış tinimiz artıq yetərincə aləmə vəlvələ salıb. Saytımızın yerləşdiyi Blog'un (350 min üzvü var) təsis etdiyi reytinq cədvəlinə görə 100 blogcu sayt arasında 23-cü (cədvəl hər saat yenilənir) yeri zəbt etmişik. Hesaba alın ki, ayın ortasından mız qoymağa girişmişik. İnşallah bu ay siz ziyarətçi və istifadəçilərimizin sayəsində ön sıralarda tinimizi qurarıq. Bu ötən gündə həm tənqidi və həm də tərifi mesajlar almışıq. Onu demək istəyirik ki, bizlər bu saytı açmaqla vətənimizdə olan çirkinlikləri məzəli şəkildə tənqid etməklə millətə həqiqətləri əks etdirmək qənaətindəyik və ümüdvarıq nəaliyyət mərtəbəsini döşüyənlərdən olacağıq. Belə ki, fikir versəniz heç bir müxalifət yönlü media, sayt və qəzetdən sitat gətirməyə çalışmırıq, əksinə hadisə və xəbərləri iqtidar yanlı pəncərədən əks etdirməyə cəhd edirik. Və bir də ən əsası Tinimizdə şəkillər söhbət edir, onlar yalan danışmazlar. Bu bir ayda 37 mövzü işlənib. Hər gün bir mövzu əlavə olunub. Yeganə Azərbaycan saytları arasında saytıq ki, hər gün yenilənmişik, hətta bir gündə 2 mövzu əlavə edilməklə. Ümüdvarıq sizlərin məqalələri, maraqlı fikir, tənqid və münasibətləri sayəsində elə bu cür də davam edər. Bir daha mübarək olsun və dəstəyinizi əsirgəməyin. Hər şey üçün təşəkkürlər. Allah sizləri qorusun və Azərbaycanımız elə abadlaşsın ki, bizim kimi saytlara heç ehtiyac olmasın! Amin....




TinFunların, yəni tinimizin fanatlarının tinlər məskəni, "Dağlı Məhəlləsindən"


çəkib göndərdikləri şəkil. Saolun tindaşlar, Allah kömeyvüz olsun!

0 Şərh var:

:
:
:

<< Ana səhifə