<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Friday, June 03, 2005

Mən işsizəm!

Tinçi qardaşımız, şair Aqil işsizliyini qəzəllə bildirmək üçün bizə


göndərmişdir ki, sizlərə təqdim və ona təşəkkür edirik!



Pas salıbdır əl-qolum, axşam -səhər mən işsizəm.
Gər soraq tapsan bir iş tez ver xəbər, mən işsizəm.

Evdə məndən başqa da heç işləmir qardaş, bacı,
Həm qohum-qonşu bekar, həm kənd, şəhər, mən işsizəm.

Bağlanıb bəxtim kimi ölkəmdəki fabrik, zavod,
Nə də dövlətdən buna vardır təpər, mən işsizəm.

Mən də ey "məclis"dəki sən tək vətən övladıyam,
Bir oyansın vicdanın, sal bir nəzər, mən işsizəm.

Bir zaman da müstəqil olduq sevindim mən buna,
Söndü qəlbimdən sevinc, tapdım kədər, mən işsizəm.

Çox bekar gəzdim, odur könlümdəki pak fikrimə,
Həm qumarbaz, narkaman etmiş əsər, mən işsizəm.

Yoxdursa ölkəmdə bir iş, xaricə qıldım səfər,
Əcnəbi dövlətlərə oldum nökər, mən işsizəm.

Çox da səs salma, danışma, dinləyən olmaz səni,
Aqila, sən də mənim tək düş gəbər, mən işsizəm.


 


 

0 Şərh var:

:
:
:

<< Ana səhifə