<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d13082582\x26blogName\x3dTin+S%C3%B6hbeti\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://tinsohbeti.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://tinsohbeti.blogspot.com/\x26vt\x3d-3416117457965322132', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

Tin Söhbeti

Sunday, June 12, 2005

Sözə qüvvət. (bir az ciddi)

Şəhid oğullarımızın ömür-gün yoldaşlarının olmayan gün-güzəranı üstə
kiçik bir elegiya.

Çöhrəndəki yazıları oxumaq nə qədər çətinmiş heroqliflər təki...
Alnının qırışlarının düyünlərini açmaq nə qədər çətinmiş ...
Gözlərinə qəm bələnib. Baxışların dünyanın səkkizinci möcüzəsi, ömrün
şərikli, sevincin şərikli, qəminə, kədərinə kimsə şərik çıxmaz. Sənin
üçün bəxt bulud dalından boylanan qış günəşidir. Yetimin xətrinə itkin


düşmüş eşqini, məhəbbətini öləninlə qəbrinə qoyan, Banu hey...
İncitməyin ruhları, incitməyin dərddən, qubardan çat-çat olan qəlbləri.
Qoy yaşasın küskün Banular. Küçədən keçənlər, ey kişilər, ey cavanlar,
yığın baxışlarınızı, laqqırtınızı, şaqqanaq gülüşlərinizi, hədyan
danışığınızı, kəskin söhbətlərinizi, qoy Banu çiçəklərimiz keçib getsin.
Qızıl oğlan, maşını asta sür, qızıl dişlərini saraltma, saralmış içini
göstərmə, nəçisən, nəsən, o Banu ərlərinin ruhu xatirinə adam oğlu ol.
Gecələr ruhlar evə gəlir, banusu ilə sorğu-sual aparır, xoş gələr soruşsun:
Əzizim bəxt yarım,
Bəxtimin taxtı yarım.
Üzündə göz izi var ,
Sənə kim baxdı yarım?
Ehey ey insanlar, bu yoldan belə tox, belə dik keçməyə yalnız onların
haqqı çatır. Bu yol ömrümüzdən taleyimizdən keçir.
Bu yolun yolçusunun xətrinə dəyməyin ha ...
O Banu çiçəkdir, o Banu mələkdir, o ...



TinCi qardaşımızın tin üsyanından.

0 Şərh var:

:
:
:

<< Ana səhifə